DYP hüquqi və fiziki şəxslərə müraciət edib

Yol polisi 19 İyun 2017 18:40 Oxunub 1109
DYP hüquqi və fiziki şəxslərə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Regionlara səyahət təşkil edərkən üç gün əvvəl məlumat verməlidirlər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur: "Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin təəssüflər olsun ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə ciddi nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də yol çiyinlərində dərin yarğanları olan dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, turistləri daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə ödənişsiz müşayiət olunmaları üçün səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri səfərdən üç gün əvvəl ərazi üzrə DYP bölümlərinə, Baş Dövlət Yol Polisi İdarəsinin (+99412) 590-81-25 nömrəli telefonuna, yaxud 902 qaynar xəttinə müraciət etsinlər".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh