Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır – FOTO+VİDEO

Gündəm 19 İyun 2017 19:35 Oxunub 2446
Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər atəşlə oynayır – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən təyyarəni vurmaq hüququ var

Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, aviasiya festivalı iyunun 17-də başlanıb. Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir. Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib. Festivalda Qarabağa qeyri-qanuni səfər edən əcnəbi turistlər də iştirak edib. Diqqət çəkən məqam isə uçuşda qondarma DQR-in “bayrağı” rəngində olan təyyarənin Amerika istehsalı olan CH 701 olmasıdır. Uçuşlar işğal altındakı Şuşadan Xankəndi marşrutu üzrə həyata keçirilib. Qeyd edək ki, İrəvan rejimi Xankəndi aeroportuna xarici təyyarələri qəbul etmək, eləcə də Ermənistan digər bölgələrindən bura uçuşları həyata keçirmək niyyətindədir. Lakin beynəlxalq konvensiyaya görə, Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən təyyarəni vurmaq hüququ var. Buna görə İrəvan planlarını təxirə salıb. Lakin bu festivalın gələcəkdə uçuşların həyata keçirilməsinə hazırlıq olduğu da istisna deyil.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh