AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı

Gündəm 20 İyun 2017 01:15 Oxunub 747
AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub

Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb. AZAL-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmağa qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh