Aeroport yolunda piyadanı maşın vurub öldürdü - FOTO

Avtosfer Foto 20 İyun 2017 02:08 Oxunub 12733
Aeroport yolunda piyadanı maşın vurub öldürdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Audi" markalı avtomobil 30-35 yaşlı kişini vurub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. "Audi" markalı 99-HL-277 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh