Dibçəklərdə narkotik tərkibli bitkilər becərdi – FOTO

Gündəm 20 İyun 2017 02:55 Oxunub 924
Dibçəklərdə narkotik tərkibli bitkilər becərdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis gizlədilən külli miqdarda narkotiki tapdı

Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini EldənizTağıyev saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 2 kloqrama yaxın olan 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb. Bundan başqa, E.Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumuda aşkar edilərək götürülüb. Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçünbecərdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq aparılır.

Respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, daxil olmuş məlumat əsasında iyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevinyaşadığı evin həyətyanı sahəsinə baxış keçirib. Bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17 ədəd, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla ümumilikdə 30 ədəd çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxınqurudulmuş marixuana aşkarlanaraq götürülüb. Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki 2 ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Qeyd edək ki, bu şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.

A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, Balakən RPŞ-də fakta görə Cinayət Məcəlləsinin 234.4.3 və  237.2.3 -cü  maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Natiq Cavadov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh