"Reno"nun pilotu: "Bakıda divarlarla mümkün qədər az məsafə saxlamaq lazımdır"

Yarışma 20 İyun 2017 08:15 Oxunub 1565
"Reno"nun pilotu: "Bakıda divarlarla mümkün qədər az məsafə saxlamaq lazımdır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, ötmə imkanları olan əla sürət yoludur

"Bu, xüsusilə şəhər yolu üçün bölmə və ötmə imkanları olan əla sürət yoludur". Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, bu sözləri "Formula-1"in Azərbaycan mərhələsi üçün fikir bildirən "Reno"nun pilotu Colion Palmer deyib. "Orta sektor nahamar səthi və inanılmaz kiçik eninə görə mürəkkəbdir. Şəhər yolunda istənilən səhv anında səni divar gözləyir, odur ki, diqqətli olmaq lazımdır. Bu yol qala divarı yaxınlığındakı hissəni nəzərə almasaq, Monako yolundan daha genişdir. Sürəti saxlamaq üçün divarlara mümkün qədər yaxın getmək lazımdır", — deyə komandanın mətbuat xidməti Palmerin sözlərini sitat gətirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh