Başqasının maşınını əzdi və heç nə olmamış kimi çıxıb getdi – VİDEO

Xəbərlər 17 Noyabr 2014 01:45 Oxunub 2732
Başqasının maşınını əzdi və heç nə olmamış kimi çıxıb getdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Maşınımı vuran sürücüt heç kəsə heç nə demədən hadisə yerindən uzaqaşıb"

10-MR-099 dövlət nömrə nişanlı «Toyota Land Cruiser» markalı avtomobilin sürücüsü park vəziyyətində dayanan avtomobilə vurur və öz maşınına baxdıqdan sonra heç nə olmamış kimi yoluna davam edir. Sözügedən bu görüntüləri azxeber.com-a zərərçəkən sürücü göndərib. Kənan Kamallı adlı sürücünün sözlərinə görə, o 5 saylı Şəhər Klinik Xəstəxanasının həyətində avtomobilini saxlayaraq xəstəxana binasına daxil olub. Geri döndükdə isə ətrafdakı insanların ona bu barədə məlumat verdiyini deyir: “Avtomobilimə yaxınlaşanda mənə qəza ilə bağlı xəbər verdilər. Daha sonra avtomobilimdə olan videoregistrator vasitəsi ilə bütün hadisəni öz gözlərimlə gördüm. Mənim maşınımı vurur və daha sonra aşağı düşərək ancaq öz maşınına bir zərərin dəyib-dəymədiyini yoxlayır. Və heç kəsə heç nə demədən hadisə yerindən uzaqlaşır”.

Zərərçəkən heç bir hüquqi işləm başlatmayacağını söyləyir. O məqsədinin ancaq bu cür duyarsız sürücülərin ifşa edilməsi olduğunu deyir.

Həmin görüntünü təqdim edirik:

P.S Hadisə videonun birinci dəqiqəsindən sonra baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh