Yasamalda avtomobil ehtiyat hissələri mağazasına basqın edildi – FOTO + VİDEO

Gündəm 20 İyun 2017 12:03 Oxunub 1833
Yasamalda avtomobil ehtiyat hissələri mağazasına basqın edildi – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə zərərçəkənin özü hadisə ilə bağlı məlumat verib

Bakıda avtomobil ehtiyat hissələri mağazasına basqın olunub. Avtosfer.az xəbər verir ki, bu barədə zərərçəkənin özü hadisə ilə bağlı məlumat verib. Hadisə iyunun 18-i saat 20.00 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 79, ev 13-də yerləşən Əliyev Rövşən İslam oğluna məxsus avtomobil ehtiyat hissələri mağazasında baş verib. Mağazaya daxil olan iki şəxs Əliyev Rövşən İslam oğluna zor tətbiq edərək oradan 5000 manat dəyərində avtomobil ehtiyat hissələri götürərək "Mercedes" markalı 90-ZZ-426 qeydiyat nişanlı avtomobilə yığaraq oradan uzaqlaşıblar. Dərhal mağaza sahibi Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmətinə zəng vurub. Hadisə yerinə gələn Yasamal Rayon 28-ci polis bölməsinin əməkdaşları mağazaya baxış keçiriblər. Qeyd edək ki, hadisə zamanı zərərçəkən mağaza sahibi oğurlanan malların avtomobilə yığılma anını telefon vasitəsi ilə fotosunu çəkməyə müvəfəq olub.

 http://avtosfer.az/upload/news/ec2b5c.jpg

http://avtosfer.az/upload/news/6aa6b3.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh