101 sərnişinin olduğu təyyarəsi ildırım vurdu - VİDEO

Qəzalar 20 İyun 2017 12:35 Oxunub 1265
101 sərnişinin olduğu təyyarəsi ildırım vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər başqa bir təyyarə ilə göndərilib

Türk Hava Yollarının Atatürk Hava limanından qalxan təyyarəsi ildırım vurduğu üçün təcili eniş edib. Türk Hava Yollarının (THY) TK-427 səfər saylı Boeing 737-800 tipli, TC-JGD qeydiyyatından keçmiş təyyarəsi saat 21.30-da 101 sərnişinlə İstanbul Atatürk Hava limanından Tatarıstanın paytaxtı Kazana hərəkət edib. Ancaq təyyarəni İstanbul hava sahəsində ildırım vurub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bundan sonra təyyarənin pilotu vəziyyəti İstanbul Atatürk Hava limanı Hava Nəqliyyatı İdarə Qülləsi ilə əlaqəyə keçərək təcili eniş müraciəti edib. Təyyarə bir müddət havada dövrə vuraraq yanacağını azaltmaqla uyğun eniş ağırlığına gəlincə saat 23.30 radələrində problemsiz şəkildə Atatürk Hava limanına enib. Sərnişinlər başqa bir təyyarə ilə göndərilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh