Özünü ölümə atan piyadalar və əl-qol hərəkətləri - VİDEO

Qaydalar 21 İyun 2017 09:16 Oxunub 4150
Özünü ölümə atan piyadalar və əl-qol hərəkətləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər piyada keçidi varsa yol mütləq piyadanın deyil

Avtomobil sürücüləri və piyadalar... Bu iki qrup arasında bir çox hallarda yol vermək üstündə mübahisələr düşür. Çox zaman piyada keçidində piyadaya yol verməyən sürücülərə, yaxud da nizamlanan keçiddə qırmızıda keçən piyadalara rast gəlmək olur.  Bir çox hallarda isə piyadalar elə düşünürlər ki, əgər piyada keçidi varsa yol mütləq onlara məxsusdur. Lakin burda nizamlayıcı işıqforun olması faktoru çox zaman unudulur. Avtomobil sürücüləri isə öz yolunda piyadaya yol verməyəndə narazılıq da edilir.

Elə təqdim edəcəyimiz videoda da analoji hal yaşanır. İşıqforun yaşıl işığı avtomobillər üçün yanır, amma piyada yolun ortasında qəfildən peyda olur. Sürücü ona səs siqnalından istifadə edərək xəbərdarlıq etdikdə isə əl-qol hərəkətləri ilə etiraz edir. Amma piyadalar unutmasınlar ki, özlərini təhlükəyə atırlar.

Qeyd edək ki, videonu Qorxmaz Mustafayev paylaşıb.

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh