"Tesla" elektromobillərini Çində istehsal edəcək

Avtoxəbər 20 İyun 2017 20:32 Oxunub 1118
"Tesla" elektromobillərini Çində istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2016-cı ilin yekunlarına əsasən, "Tesla" Çində 7 milyard dollar gəlir əldə edib

ABŞ-ın "Tesla" şirkəti İlan Maskın rəhbərliyi altında elektromobillərini Çində istehsal etməyi planlaşdırır. Avtosfer.az-ın salamnews-a istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış saziş amerikalıları 25% vergidən azad edəcək. Maskın sözlərinə görə, "Tesla" Çin rəsmiləri ilə müzakirələri başa vurmaqdadır və həftə ərzində razılaşma barədə rəsmi bəyanat verilə bilər. Danışıqlarda “Tesla”nın iştirakı ilə tərkibində ən azı bir Çin şirkətinin olduğu müştərək müəssisənin qurulmasının müzakirəsi nəzərdə tutulur. Hazırda "Tesla" elektromobilləri Çində ABŞ qiymətlərindən baha satılır. Şirkətin Çindəki gəlirləri ötən ilə nisbətdə 1 milyard dollar artıb. 2016-cı ilin yekunlarına əsasən, "Tesla" Çində 7 milyard dollar gəlir əldə edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh