“Airbus” uçan taksisini dünyaya təqdim etdi

Texnologiya 20 İyun 2017 20:03 Oxunub 1352
“Airbus” uçan taksisini dünyaya təqdim etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şaquli eniş texnologiyası sayəsində “Vahana” ən müxtəlif yerlərdən sərnişinləri götürmək imkanına malik olacaq

Dünya aviainşaatında lider şirkətlərdən biri olan “Airbus” “Vahana” adlanan pilotsuz uçan aparatın konseptini təqdim edib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, ixtiraçının ideyasına əsasən, adıçəkilən nəqliyyat vasitəsi hava taksisi funksiyasını yerinə yetirəcək. Kompüter qrafikasının köməyi ilə sıravi sərnişinin ”Vahana” taksisində gedişinin videosu yaradılıb. Sərnişin rolunda çıxış edən videoçarxın baş qəhrəmanı 100 kilometr məsafəni 18 dəqiqəyə qət edib. Həmin marşrut üzrə yerüstü gediş isə trafikin yüklənməsi səbəbindən 1 saat yarımdan az çəkməzdi. Beləliklə, şirkət özünün tək yerlik pilotsuz aparatının əsas üstünlüyünü böyük şəhərlərdə tıxac probleminin həllində görür. Bundan başqa, şaquli eniş texnologiyası sayəsində “Vahana” ən müxtəlif yerlərdən sərnişinləri götürmək imkanına malik olacaq. “Airbus” gələcəyin digər layihəsini də hazırlayır ki, bu da pilotsuz hava nəqliyyatının yaradılmasına istiqamətlənib. “CityAirbus”, adından göründüyü kimi, uçan şəhər avtobusu olmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh