Sabirabadda ağır qəza - Ata və oğul öldü

Avtoxəbər 21 İyun 2017 01:23 Oxunub 1748
Sabirabadda ağır qəza - Ata və oğul öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Chaqman” markalı yük maşın “06” ilə toqquşub

Sabirabad rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Nizamikənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “Chaqman” markalı yük maşınının “VAZ-2106” markalı, 52-BB-692 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə xilasedicilər və təcili yardım maşını cəlb olunub. Qəza zamanı “VAZ-2106 markalı avtomobildə ölənlər Saatlı rayonunun Mircəlal kəndinin sakinləri Həsənxan Hüseynxan oğlu Astanov və onun oğlu Dəyanət Astanovdur.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh