Qadını maşın vurub öldürdü

Qəzalar 21 İyun 2017 01:26 Oxunub 842
Qadını maşın vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Opel” markalı avtomobil yolu keçmək istəyən qadını vurub

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən məlumata görə, hadisə yolun 422-ci kilometrliyində, Tovuz rayonu Əyyublu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən Ağdaş rayon sakini 1960-cı il təvəllüdlü Ceyran adlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh