Qusarda polisin təşəbbüsü ilə 19 gənc işlə təmin edildi

Yol polisi 21 İyun 2017 01:33 Oxunub 1595
Qusarda polisin təşəbbüsü ilə 19 gənc işlə təmin edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği mövzusunda sakinlərlə görüş keçirilib

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Qeyd edilən multikultural prinsiplərin ayrı-ayrı milli azlıqlar arasında təbliğini gücləndirmək məqsədi ilə bu günlərdə Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şahdağ Polis Bölməsinin xidməti ərazisindəki kəndlərdə sakinlərlə bir sıra görüşlər keçirilib. Avtosfer.az xəbər verir ki, rayonun Kuzun, Zindanmuruq, Aladaş, Kənarçay kəndləri, eləcə də Aladaş massivində yaşayan sakinlərlə görüş zamanı Qusar RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm dəyərləri, respublikamızda mövcud olan  dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, milli-mənəvi dəyərlərin inkişafı və təbliğinin ən yüksək səviyyədə olmasından söz açıb. 

Polis polkovniki Z.Bədəlov görüş iştirakçılarına Azərbaycanda milli və dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri barədə də geniş məlumat verib.

Görüşdə polis rəisi Z.Bədəlov kənd sakinlərinin şikayət və təkliflərini dinləyib, polisin səlahiyyəti çərçivəsində olan məsələlərin mövcud qanunvericiliyə uyğun həlli üçün tapşırıqlar verib.

Görüşün nəticəsi olaraq Qusar RPŞ-nin rəhbərliyinin təşəbbüsü, Şahdağ PB-nin yaxından köməkliyi ilə adları sadalanan kəndlərdə yaşayan 19 gəncin ixtisaslarına uyğun olaraq rayon ərazisində yerləşən müxtəlif istehsal və ictimai-iaşə obyektlərində işlə təmin olunması məsələsi də öz həllini  tapıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh