Biləsuvarda yol qəzası: ikisi uşaq olmaqla, 3 nəfər xəsarət alıb

Qəzalar 21 İyun 2017 01:39 Oxunub 937
Biləsuvarda yol qəzası: ikisi uşaq olmaqla, 3 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki minik avtomobil toquşub

Biləsuvar rayonunda iki minik avtomobil toquşub. Hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Biləsuvar şəhər sakini - 2006-ci il təvəllüdlü İsmayılov Nurlan Nizami oğlu, Sumqayıt şəhər sakinləri - 1973-cü il təvəllüdlü Mahmudov Yaşar Adışirin oğlu, 2007-ci il təvəllüdlü Mahmudov Adışirin Yaşar oğludur.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. N. İsmayılovun vəziyyəti ağırdır. O, cərahiyyə şöbəsinə yerləşdirilib və əməliyat olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh