Bakının ən özbaşına avtobus sürücüsü tapıldı - VİDEO

Xəbərlər 26 İyun 2017 23:56 Oxunub 8757
Bakının ən özbaşına avtobus sürücüsü tapıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozduğunu dərk etməyən sürücü hədə-qorxu gəlməyi də unutmur

İyunun 20-də Bakıda avtoxuliqanlıq edən avtobus sürücüsünün görüntüləri Avtosfer.az-ın oxucusu Orxan Cəfərovun avtomobilindəki kameraya düşüb. 4 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-JX-763 qeydiyyat nişanlı avtobusun sürücüsü iyunun 20-də Bakının Dilarə Əliyeva küçəsində 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətə çıxmaqla axına qarşı hərəkət edib. Orxan adlı oxucumuz həmin avtobusun qarşısını kəsərək onu öz zolağına qaytarmaq istəsə də, avtobusun sürücüsü buna əhəmiyyət verməyərək əl hərəkətləri ilə sürücünü hədələyib yolundan çəkilməyini tələb edib. Sonda avtobusun sürücüsü qarşı yolun sağ zolağına çıxaraq dahada təhlükəli hərəkət edib.

Qeyd edək ki, 4 nömrəli marşrut "Çinar M-Trans" şirkətinə məxsusdur.

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib

 

 Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh