Avropda sürücülərin etdiyi yaxşı hərəkət Bakıda təkrar olundu – VİDEO

Yazarlar 21 İyun 2017 12:33 Oxunub 19786
Avropda sürücülərin etdiyi yaxşı hərəkət Bakıda təkrar olundu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zolaqlar üzrə düzgün hərəkət edən sürücülər təcili yardıma dərhal yol verə bilib

Avropda sürücülərin etdiyi nümunəvi hərəkət nəhayət, Bakıda da təkrarlanıb. Avtosfer.az xəbər verir ki, iyunun 20-də Bakıda tıxacda qalan təcili yardım maşını ikizolaqlı yolda rahat şəkildə hərəkəti davam etdirə bilib. Hadisə anı Avtosfer.az-ın əməkdaşının avtomobilindəki kameraya düşüb. Belə ki, saat 15.33-də “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospektinə gedən yoldakı tuneldə sıxlıq yaranıb. Lakin adətən sürücülər bu situasiyada zolaqlardan kənara çıxıb ikizolaqlı yolda 3 zolaq yaradırdısa, bu dəfə belə olmayıb. Avtomobillər iki zolaqda hərəkət edərkən arxadan təcili yardım avtomobili yaxınlaşıb. Lakin sürücülərin bəziləri təcili yardım maşına necə yol vermək lazım olduğunu dərk etməyib. Bu zaman həmin yoldan keçən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəislərindən biri səs siqnalı ilə xəbərdarlıq etməklə mikrofonla sürücülərə sağa-sola çəkilib yol verməyi əmr edib. Yalnız bundan sonra sürücülər vəziyyəti başa düşüb və sağa-sola çəkilməklə ortada boşluq yaradıblar. Videodan da göründüyü kimi, bunun nəticəsində sıxlıq yaranmış yolda DYP avtomobilinin müşaiyəti ilə təcili yardım maşını rahat şəkildə hərəkəti davam etdirə bilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, təcili yardım avtomobilində ağır xəstə olub və DYP avtomobilinin müşaiyəti ilə xəstəxanaya vaxtında çatdırıla bilib.

Yeri gəlmişkən, zolaqlar üzrə düzgün hərəkət etməyin faydası bu videoda bir daha təsdiqini tapır. Göründüyü kimi, yollarda zolaqların eni standarta uyğun olduqda və sürücülər zolaqlar üzrə düzgün yerləşdirmə etsələr təcili yardım, polis və yanğınsöndürən maşınları üçün əlavə zolaq çəlməyə ehtiyac yoxdur. Lazım olduqda sağa-sola sıxlaşıb həmin operativ nəqliyyat vasitələrinə yol vermək olur.

Qeyd edək ki, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat cərimə nəzərdə tutulur. Yəni, 2 zolaqdan ibarət yolda üçüncü zolaq yaradan sürücülər avtomatik olaraq qayda pozmuş sayılırlar.

Təqdim etdiyimiz bu videoda ən pis hal odur ki, DYP maşını təcili yardım üçün yol açıb hərəkəti davam etdirdiyi halda bəzi sürücülər də dərhal onların arxasına düşüb ikizolaqlı yolda üçüncü zolaq və sixlıq yaratdılar...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh