Belçika vağzalında zərərsizləşdirilmiş şübhəli şəxs ölüb

Gündəm 21 İyun 2017 07:55 Oxunub 724
Belçika vağzalında zərərsizləşdirilmiş şübhəli şəxs ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prokurorluq üç saat boyunca kişinin vəziyyəti haqqında məlumatlara malik olmayıb

Belçikanın federal polisi Brüsselin mərkəzi vağzalında zərərsizləşdirilmiş şübhəli şəxsin öldüyünü xəbər verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, prokurorluq üç saat boyunca şübhəli şəxsin vəziyyəti haqqında məlumatlara malik olmayıb. Qeyd edək ki, Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, vağzalda vəziyyət nəzarət altındadır. Belçikanın Milli Dəmir Yolu Şirkətindən isə qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb. "Avenir" və "Libre Belgique" nəşrləri isə Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Onun üzərində partladıcı kəmər olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh