“Emirates Airlines”sərnişinlərə xəbərdarlıq edib

Gündəm 21 İyun 2017 09:30 Oxunub 607
“Emirates Airlines”sərnişinlərə xəbərdarlıq edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviabiletlərinin öncədən bron etmiş şəxslərə hava limanına 3 saat öncədən gəlmələri məsləhət görülür

Məşhur Emirates Airlines şirkəti sərnişinlərini sıxlıq barədə öncədən xəbərdarlıq edib. Avtosfer.az fins.az-a istinadən bildirir ki, sıxlığın Dubaydan qalxacaq reyslərdə olacağı bildirilib.

 

Sərnişin çoxluğunun ən çox cümə gününə təsadüf edəcəyi bildirilib. Belə ki, yaxınlaşan bayram günlərində təkcə 3 nömrəli teminaldan bir neçə gün ərzində 100 min sərnişinin yola salınacağı bildirilir. Cümə günü isə bu rəqəmin bir gün ərzində 37 min olacağı söylənib. Aviabiletlərinin öncədən bron etmiş şəxslərə hava limanına 3 saat öncədən gəlmələri məsləhət görülür. Sərnişinlərin tez gəlmələri, onların baqaj və sənəd yoxlanma prosesində yersiz vaxt itkisinin qarşısı alınacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh