İki avtomobil toqquşdu: iki nəfər ağır xəsarət alıb - Şamaxıda

Qəzalar 21 İyun 2017 11:18 Oxunub 739
İki avtomobil toqquşdu: iki nəfər ağır xəsarət alıb - Şamaxıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn “Nissan” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “Nissan”ın sürücüsü, Bakı sakini 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh