Özünü hara gəldi soxan sürücü – VIDEO

Avtosfer TV 26 İyun 2017 10:25 Oxunub 7793
WhatsApp kanalımıza abunə ola bilərsiniz
90 LL 414 sağdan ötmə edib ara məsafəsinə girməyə çalışır

Hərəkət axınının bir qədər sıx olduğu vaxtlarda bəzi sürücülər özlərinə “yer tapa bilmirlər.” Belə ki, soldan sağa, sağdan sola keçərək guya qabağa düşmək istəyirlər. Nəticə etibari ilə digərləri ilə eyni vaxta hərəkət etsələr də özlərinə “daha tez gedirəm” illüziyası yaradır. Ən dəhşətlisi isə sürücülərin bu illüziyası başqalarının təhlükəsizliyinə maneə yaradır, insanların əsəblərini korlayır. Qarşıdakı avtomobillə 2 metr ara məsafəsi saxlayan kimi başqa bir maşın özünü ora dürtüşdürür. Sanki bu daha “ağıllıdır.” 

Avtosfer.az-ın kameralarına düşən 90 LL 414 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü kimi. Hadisə Bakı-Sumqayıt yolunun başlanğıcında qeydə alınıb. Sol zolaq ilə hərəkət edən sürücü sıxlıq olduğunu və qarşısındakı avtomobilin tez-tez əyləcdən istifadə etdiyini nəzərə alıb ara məsafəsi saxlayır.  90 LL 414 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə özünü “ağıllı” hesab edərək sağdan ötmə edib ara məsafəsinə girməyə çalışır. Digər sürücü ona irad bildirəndi isə “povorotnik yandırmışam görmürsən” deyə etiraz da edir. Sonra isə “acığa düşərək” digər avtomobilin qarşısında təhlükəli manevr edir və ara məsafəyə girir. Lakin burada da özünə yer tapa bilmədiyindən yenidə başqa bir sürücünün əsəbləri ilə oynamaq üçün zolağını dəyişir. 

Bu cür sürücülərə qarşı yol polislərinin ciddi tədbir göməsi lazımdır. Çünki özlərini hər kəsdən üstün hesab edən belə sürücülər təhlükəsizliyə ciddi şəkildə maneə olur. Avtosfer.az “özünə yer tapa bilməyən” sürücünün videosunu təqdim edir:

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh