BNA-da "Mən yaşamaq istəyirəm!" adlı tədbir keçirilib - FOTO

Gündəm 21 İyun 2017 11:41 Oxunub 911
BNA-da "Mən yaşamaq istəyirəm!" adlı tədbir keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqların marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib

Bakı Nəqliyyat Agentliyinin “Uşaqlarla Bir Yoldayıq” layihəsi çərçivəsində "Mən yaşamaq istəyirəm!" adlı tədbir keçirilib. Leykemiya ilə mübarizə İctimai Birliyinin təklifi ilə həyata keçirilən tədbirdə leykemiya xəstəliyindən əziyyət çəkən və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda müalicə alan uşaqlar üçün təlimlər təşkil edilib. Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzinin təlimçisi uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb. Uşaqların marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, uşaqlara Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üşün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Sonda, uşaqlar hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh