Tağı Əhmədəv "Mercedes"i ilə generalın məhkəməsinə gəldi - FOTO

Gündəm 21 İyun 2017 12:17 Oxunub 5791
Tağı Əhmədəv "Mercedes"i ilə generalın məhkəməsinə gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə prosesi qapalı keçirilir

Sabunçu Rayon MəhKəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da məhkəmədƏ iştirak edir. Sabiq metropoliten rəhbəri məhkəməyə "Mercedes" markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobili ilə gəlib. Tağı Əhmədovun məhkəmədə iki epizod üzrə dindiriləcəyi gözlənilir. Telefon danışıqları qanunsuz olaraq dinlənilən və Akif Çovdarova 3 milyon verdiyini iddia edən T.Əhmədov bu epizodlar üzrə ifadə verəcək. Məhkəmə prosesi qapalı keçirilir. Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh