Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti

Gündəm 21 İyun 2017 12:26 Oxunub 959
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yağan leysan yağış nəticəsində çaylarda sululuq artıb

İyunun 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan yağış nəticəsində çaylarda sululuq artıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 4-36, Qazax-Gəncə zonasında 1-30, Mərkəzi-Aran rayonlarında 11-20, Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1 mm təşkil edib, Sumqayıtda da yağış müşahidə olunub. Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri, Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb. Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Qazıməmməd, Tərtər, Gəncə, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir güclənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh