Gəncədə polisə hücum - Silahı əlindən alındı

Gündəm 21 İyun 2017 13:29 Oxunub 956
Gəncədə polisə hücum - Silahı əlindən alındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər

Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub. Avtosfer.az-ın APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh