“Honda” şirkəti kiberhücuma görə zavodlarından birində işi dayandırıb

Gündəm 21 İyun 2017 13:40 Oxunub 954
“Honda” şirkəti kiberhücuma görə zavodlarından birində işi dayandırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Virusun yaradıcıları sistemi bərpa etmək üçün şirkətdən pul tələb ediblər

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Honda Motor” şirkəti kiberhücuma görə Saytama prefekturasındakı zavodunda işi dayandırıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, istehsal xətlərinə nəzarət edən kompüterlər sistemi iyunun 18-də virusa yoluxub. Virusun yaradıcıları sistemi bərpa etmək üçün şirkətdən pul tələb ediblər. Şirkətin mühəndislərinin cidd-cəhdi ilə zavod işini iyunun 20-də bərpa edə bilib. Hücum üçün istifadə edilən virusun mayda qlobal kiberhücumun həyat keçirildiyi “WannaCry”ə oxşadığı bildirilir. Həmin vaxt virus Yaponiyada təqribən iki min kompüteri, o cümlədən elektronika istehsalı sahəsində tanınmış “Hitachi” şirkətinin sistemlərini sıradan çıxarmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh