İraq vətəndaşları qəzaya düşdülər - Şabranda

Qəzalar 21 İyun 2017 15:22 Oxunub 942
İraq vətəndaşları qəzaya düşdülər - Şabranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Bu gün Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun Şabranın Sincanboyad kəndi ərazisindən keçən hissəsində “Daewoo-Nexia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar İraq vətəndaşları - 1952-ci il təvəllüdlü Mustafa Abdudable, 1948-ci il təvəllüdlü Məhəmməd Seyid İsmayıl və Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Həsənov Tərlan Mustafa oğludur. Hər üç şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir. Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh