NATO qırıcısı müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib

Gündəm 21 İyun 2017 15:25 Oxunub 956
NATO qırıcısı müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib. Kalininqrada gedən S.Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib. Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib. Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib. Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh