Polis olmasa səni küçədə çiy-çiy yeyərlər

Yazarlar 21 İyun 2017 15:40 Oxunub 8146
Polis olmasa səni küçədə çiy-çiy yeyərlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçədə rahat gəzirikzsə o təhqir elədiyiniz polisə borcluyuq

Hüquq-mühafizə orqanı əməkdaşlarının içərisində cəmiyyətlə, yəni bizlərlə ən çox təmasda olan polis əməkdaşlarıdır. Əgər bu gün Azərbaycandakı əmin-amanlıq, sabitlik təkcə MDB məkanında deyil, hətta Avropanın bir çox sivil dövlətlərindən də yüksəkdirsə, bu Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin və bu siyasəti layiqincə yerinə yetirən Daxili İşlər Orqanlarının fəaliyyəti nəticəsindədir. Xalqımızın əmin-amanlıqda yaşaması üçün bəzən polis əməkdaşları cinayətkarlarla mübarizədə öz canlarını da qurban verirlər və buna onlarla misal da çəkmək olar.

Yuxarıda qeyd etdiyimiz kimi, polis insanlarla daha çox təmasda olur, bəzən narazılıqlar da yaranır. Təbii ki, polis işçiləri Allahın bacısı oğlanları deyillər, onların da içində yerində olmayanlar var. Və belələri zaman-zaman Daxili İşlər Orqanlarından xaric olunurlar. Nazirlik də bu barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır.

Amma heç kimin haqqı yoxdur ki, Azərbaycan Polisini aşağılasın, təhqir eləsin, nüfuzuna xələl gətirsin və ya polis əməkdaşına yuxarıdan aşağı baxsın.

Sən şöhrətli də ola bilərsən, xalqın sevimlisi də ola bilərsən, amma bu sənə haqq vermir polisi, nəinki polisi, hər hansı bir kəsi təhqir etməyə.

İndi bir müğənni, haçansa hansısa bir yarışın qalibi olub, çox gözəl, yol hərəkəti qaydasını pozub (təbii ki, belələri piyada gəzmir) və onu saxlayan polis əməkdaşı ilə arasında nə söz-söhbət olubsa, alnında Azərbaycanın dövlət gerbini daşıyan, çiynində Azərbaycanın dövlət çinini daşıyan məmuru təhqir eləyib. Mən onun təhqirini təkrar etmək istəmirəm, çünki sözü deyənlə çatdıran əlli-əlliyədi. İndi mətbuat da, saytlar da, sosial şəbəkələr də iki yerə bölünüblər – polisin tərəfini saxlayanlar və bu müğənninin tərəfini saxlayanlar.

Əgər doğrudan polis əməkdaşı ona kobudluq edibsə, bu hazırda araşdırılır, lazım olan cəzanı alacaq. Bunu araşdırmaq da çətin deyil. Dövlət Yol Polisi əməkdaşlarının həm avtomobillərində, həm də üstlərində xüsusi qurğu var, həm danışılanları yazır, həm də görüntüləyir. Bu barədə Dövlət Yol Polisinin sözçüsü Kamran Əliyev açıqlama da verib.

Polisin sənə kobudluğunun (əgər olubsa) şahidi bircə sənsən, amma sən polisi mətbuatda təhqir eləmisən, bütün ictimaiyyətin gözü qabağında təhqir etmisən. Əslində bu, xuliqanlıqdı.

Və gərək polis səni məhkəməyə verə.

Əslində bu bir həqiqətdir ki, yol polisləri tanınmış insanlara, sənət adamlarına, nə bilim şair və yazıçılara adətən bir hörmət qoyurlar, bir ehtiram göstərirlər. Və əgər polis həmin müğənniyə kobudluq edibsə, görün, həmin müğənni polisi necə çilədən çıxarıb? Polis robot deyil, insandı. Bəzən o da hisslərini cilovlamaya bilər.

Nə isə… Bu gün evimizdə rahat yatırıqsa, küçədə rahat gəzirikzsə o təhqir elədiyiniz polisə borcluyuq.

Qısası. O polis olmasa, ay xanım, səni küçədə çiy-çiy yeyərlər.

 

Ceyhun Rüstəmov,

adalet.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh