Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Bu axşam

Gündəm 21 İyun 2017 15:52 Oxunub 1025
Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Bu axşam
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Sürücülərdən iş gedən ərazidə diqqətli olmaları xahiş edilir

Bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonunda Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətləri rənglənəcək. Bu, "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumatda qeyd edilib. "Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh