Bakıda 25 yaşlı “avtoş” tutuldu - Polisi vurmaq istəyirmiş - FOTO

Avtoxəbər 21 İyun 2017 20:50 Oxunub 5330
Bakıda 25 yaşlı “avtoş” tutuldu - Polisi vurmaq istəyirmiş - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki dəfə "avtoş"luq edən sürücü üçüncü dəfə polisin üstünə maşın sürüb

Bakıda daha bir avtoxuliqan həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, "Opel" markalı, 90  BE 701 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 25 yaşlı Şirinbəyli Murad Fəxrəddin oğlu iyunun 9-da saxlanılıb. Bundan əvvəl isə aprelin 28-də "avtoş"luq edən sürücü qaçmağı bacarıb. O, eyni əməli iyunun 3-də də təkrar edib, Sonuncu dəfə isə qaçmağa maca tapmadığı üçün maşını onu saxlayan yol polislərinin üstünə sürüb. Yol polisləri tərəfindən saxlanılan sürücü Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası ilə cəzalandırlıb. O, Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.

Məhkəmə Murad Şirinbəylini 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh