İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq

Yeniliklər 21 İyun 2017 17:07 Oxunub 2291
İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni kartları “Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq

Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə məlumat verib. Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq. Bu kartların balansı “elektron pul kisəsi” vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək. Yeni kartları “Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh