Polis gənci xilas etmək üçün qoluna qandal taxdı - VİDEO

Avtosfer TV 22 İyun 2017 01:53 Oxunub 2141
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlini körpünün dəmirinə qandallamaq məcburiyyətində qalıblar

Türkiyənin Bursa şəhərində sevgilisindən ayrılan bir gənc özünü körpüdən atmaq istəyib. “Qafqazinfo” "Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və psixoloqlar uzun müddət gənci fikrindən yayındırmağa çalışıblar. Lakin bütün cəhdləri faydasız qalan polislər gənc oğlanın əlini körpünün dəmirinə qandallamaq məcburiyyətində qalıblar. Daha sonra xüsusi vasitə ilə xilas edilib. Gənc oğlan tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh