Bu mallar gömrük rüsumundan azad edildi

Yeniliklər 22 İyun 2017 01:55 Oxunub 2557
Bu mallar gömrük rüsumundan azad edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlər Kabineti bununla bağlı qərara dəyişiklik edib

Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri gömrük rüsumlarından azad edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2  il müddətində qüvvədədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh