Mingəçevirdə iki maşın toqquşdu; 4 yaralı

Qəzalar 22 İyun 2017 01:59 Oxunub 851
Mingəçevirdə iki maşın toqquşdu; 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların vəziyyəti sabitdir

Axşam saatlarında Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, qəza şəhərin Samux küçəsində "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. Hadisə zamanı "VAZ-2104"ün sürücüsü, 1969-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynal Alaş oğlu Allahverdiyev, "VAZ-2107"in Yevlax rayonunun Havarlı kəndindən olan sərnişinləri - 1998-ci il təvəllüdlü Dilbazi Muxtar oğlu Heydərov, 1999-cu il təvəllüdlü Yasin Göyüş oğlu Çuqayev və 1997-ci il təvəllüdlü Müslüm Taleh oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti sabitdir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh