Şəmkirdə bir ailənin 3 üzvünü maşın vurdu - Dəhşətli qəza

Qəzalar 22 İyun 2017 02:01 Oxunub 826
Şəmkirdə bir ailənin 3 üzvünü maşın vurdu - Dəhşətli qəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ata, ana və övladları yolu keçərkən baş verib

Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh