Sürücülərin nəzərinə - Avtomobilinizin içinə su dola bilər - VİDEO

Avtoxəbər 22 İyun 2017 02:10 Oxunub 2095
Sürücülərin nəzərinə - Avtomobilinizin içinə su dola bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin içində daxil olan su sürücünü 700 manat ziyana salıb

Avtomobilin salonu su ilə dolub. Nəticədə maşında olan bəzi elektron hissələr yanıb və sahibinə 700 manata yaxın ziyan dəyib. Görüntüləri çəkən avtomobillərin kimyəvi təmizlənməsi üzrə mütəxəssis Qoşqar Əzizbəyli maşının bu hala düşməsinə səbəb kimi əsasən müasir avtomobillərin alt hissəsində olan rezin kipkəclərin sıradan çıxması olduğunu bildirir. Buna görə də istehsal ili 5 ildən çox olan avtomobilin sürücüləri belə kipkəcləri yoxlatdırsa yaxşıdır.

Bundan başqa avtomobil ön alın şüşəsinin kənarında və əgər varsa lyukun kənarında drenaj sistemi olur ki, avtomobilin üstünə tökülən yarpaq və yaxud tozdan yaranan palçıq nəticəsində bura tutulur və avtomobilin içinə su daxil ola bilir.

Buna görə də hər sürücü artıq xərcə düşməmək üçün fəsildən aslı olmayaraq avtomobilin drenaj sistemlərini yoxlatdırmalı və mütəmadi olaraq təmizlətlməlidir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh