Sürücü bu vəziyyətdə kimə yol verməlidir? - DOĞRU CAVAB

Yarışma 22 İyun 2017 10:26 Oxunub 3791
Sürücü bu vəziyyətdə kimə yol verməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün sual yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Geriyə dönmək istəyən sürücü bu vəziyyətdə kimə yol verməlidir?

a) Qarşıdan düzünə hərəkət edən avtobusa;

b) Sağdan yaxınlaşaraq sola dönən minik avtomobilinə;

c) Heç bir nəqliyyat vasitəsinə.

Sualın doğru cavabı belədir: 2.1 və 7.13 nişanları sağdan yaxınlaşaraq sola dönən minik avtomobilinin baş yolda olduğunu bildirir. “Yol hərəkəti haqqında” Qanunun 77-cı maddəsinə uyğun olaraq, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabı “b” variantı olacaq: Geriyə dönmək istəyən sürücü bu vəziyyətdə sağdan yaxınlaşaraq sola dönən minik avtomobilinə yol verməlidir.

Suala ilk doğru cavabı Turqay adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Namiq 22 İyun 2017 14:24
Cavab B variantidir sagdan gelen sola donmek isteyen minik avtomabiline yol vermelidir