Ot maşınları təhlükə saçır - Onlardan uzaq durun - VİDEO

Qaydalar 22 İyun 2017 08:40 Oxunub 1467
Ot maşınları təhlükə saçır - Onlardan uzaq durun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Az tutumlu yük maşınına o qədər ot bağlaması yığırlar ki...

Kiçik tutumlu avtomobilə otu yükləyən sürücü heç bir təhlükəsizlik qaydasına əməl etəməyib. Hündürlüyü 2 metrdən çox olan ot bağlaması sola doğru əyilib. Azca manevr və ya yanından başqa bir avtomobilin sürətlə keçməsi ot yüklənmiş maşının aşmasına səbəb ola bilər. Belə olduqda sürücü özü ilə yanaşı digər hərəkət iştrakçıları üçün də böyük təhlükə yaradır.

Digər kadrlar isə Bakı kəndlərindən birində çəkilib. Yük avtomobilində olan ot bağlamasının hündüryülü 4 metrə qədərdir. Əslində bu sürücü də yükdaşıma qaydasını kobud şəkildə pozub. Görüntüdə həmin avtomobilin bir neçə yerdə qaz borusunun altından və üstü açıq elektrik naqillərinin yanında keçməsi də açıq aydın görünür. Bu da təhlükənin nə qədər böyük olmasından xəbər verir..

Mövsüm səbəbi ilə bu günlərdə aktual olan bənzər halları nəzərə alaraq görüntüləri şərh edən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov hər iki nəqliyyat vasitəsinin sürücüsünün kobud məsuliyyətsizlik etdiyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, sürücülər yükü elə yerləşdirməlidirlər ki, kənardan 40 sm keçməsin. Yüklə bir yerdə nəqliyyat vasitəsi 2 metr 40 sm keçərsə, onda həmin sürücü yol polisindən icazə alıb hərəkət etməlidir. Əgər sadalanan qaydaları pozarsa və hündürlük də 4 metrdən çox olarsa həmin sürücü İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə edilə bilər. Amma adi yük daşıma qaydalarının pozulması yəni kənardan 40 sm çıxarsa və avtomobilin dayanıqlığı pozularsa onda sürücü 40 manat cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh