Şabranda qəza nəticəsində ərəb yaralandı

Qəzalar 22 İyun 2017 03:44 Oxunub 1003
Şabranda qəza nəticəsində ərəb yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turist Bakıdakı xəstəxanalardan birinə gətirilib

Şabran-Dəvəçi yolunda ərəb turistin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, axşam saatlarında taksi kimi fəaliyyət göstərən minik avtomobili Şabran rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı səkiyə çırpılıb. Nəticədə maşında olan sərnişin, Səudiyyə Ərəbistanı vətəndaşı, 1948-ci il təvəllüdlü Məhəmməd Əbdültalib Mustafa xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh