NATO və Rusiya qırıcısı arasında təhlükəli manevr - VİDEO

Gündəm 22 İyun 2017 09:32 Oxunub 1041
NATO və Rusiya qırıcısı arasında təhlükəli manevr - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NATO nümayəndəsi təyyarədə kimin olduğuna dair məlumatlarının olmadığını bildirib

NATO-ya məxsus F-16 qırıcısının Rusiya müdafiə naziri Sergey Şayqonun olduğu təyyarəyə yaxınlaşdığı anın görüntüsü yayılıb. Avtosfer.az “qafqazinfo”yə istinadən xəbər verir ki, sözügedən kadrlar Müdafiə Nazirliyinə məxsus kanalda yayımlanıb. Videoda NATO qırıcısının təyyarəyə yaxın məsafədə uçduğu görünür. Daha sonra kadrlara Rusiya istehsalı olan Su-27 qırıcısı daxil olur və üzərindəki raketləri göstərəcək şəkildə manevr edir. Bundan sonra F-16 qırıcısı təyyarədən uzaqlaşır. NATO nümayəndəsi insidentlə bağlı açıqlamasında təyyarədə kimin olduğuna dair məlumatlarının olmadığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh