Maşın hasara çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxıb - FOTO

Qəzalar 22 İyun 2017 11:26 Oxunub 1102
Maşın hasara çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan "90-TF-087" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb. Buna baxmayaraq maşın hərəkəti davam etdirib. Avtomobil, ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh