Paytaxtda mikroavtobus, Xaçmazda isə "MAN" yanıb

Qəzalar 22 İyun 2017 11:31 Oxunub 830
Paytaxtda mikroavtobus, Xaçmazda isə "MAN" yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Ötən gecə paytaxtda “Mercedec” markalı mikroavtobus, Xaçmaz rayonunda isə “MAN” markalı yük avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “Mercedec” markalı mikroavtobusun salonunda idarəetmə lövhəsi yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun 4-cü kilometrliyində isə vətəndaşa məxsus “MAN” markalı yük avtomobilinin kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh