Yol kimindir? – SUALIN DOĞRU CAVABI

Yarışma 17 Noyabr 2014 18:51 Oxunub 4939
Yol kimindir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayıb. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual yol hərəkəti qaydaları üzrə biliklərini sınamaq üçün bir qədər xüsusi diqqət və təhlil etmək qabiliyyəti tələb edir. Ona görə də suala cavab yazarkən xüsusilə diqqətli olmaq lazımdır. Sual belədir: 

Yeni sual: Kim yol verməlidir?

A) «B» avtomobilin sürücüsü;

B) «A» avtomobilin sürücüsü;

C) Yol hərəkətinin təşkilində belə vəziyyət mümkün ola bilməz; 

Ç) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

 

Əvvəlcə suala oxucular tərəfindən verilən cavabı təqdim edirik:

 

Farhad - Cavab b donen avtomobilin surucusu sagini gozlemelidir

 

Leyla - B surucunundu yol. A surucunun qarwisinda ucbucaq iwaresi var. O gozlemelidi

 

Yusif - A variantı

 

Mahir - Ç varianti. Uzun uzadi yazmaq istemirem.

 

Shahid - B avtomobilin sürücüsü

 

Sahil - Cavab A varianti

 

Emin Aliyev - Cavab: A B avtomobilinin surucusu STOP nisanina emel etmelidir. Yani tam dayanmalidir. A avtomobilinin surucusu ise bas yolda diger avtomobillere manea toretmediyi ucun dayanmadan hereketini davam etdire biler.

 

Mirza - Cavab C

 

Rəhimov Nazir Həzrətqulu - Cavab : Yol B cürücüsünündir.

 

Asif - B A avtomobilin surucusu yol vermelidir cunki.onun sagina duwur B avtomobil saga yol vermek lazimdir ona gore A avtomobilin surucusu yol vermelidir hemde onda nishan var

 

Rufat - Cavab B

 

Anar - Har ikisi saf yoldadi. Cavab C-dir

 

Lala - Yol B avtomobilinindir

 

Xəzər - A

 

Sevil Zamanova - Cavab: Yol hərəkəti haqqında qanunun 77 ci maddəsinin 4 cü bəndinə əsasən A avtomobili sola dönəndə B avtomobilinə yol verməlidir.

 

Zahir - STOP nişanı ilə yol verin nişanı eyni qadağanı göstərir. Sadəcə olaraq yol verin nişanı qoyulan zaman yolda heç kimə maneə yaratmamaq şərti ilə dayanmadan hərəkət etmək olar. Düzgün cavab B variantı. Yəni A avtomobilinin sürücüsü yol verməlidir.

 

Roya - 2.4 Yol verin. Bu niwanda mawin olmasa dayanmadan kece bilersen. Avtomobil bu nisanin tesir dairesindedir. 2.5 - Dayanmadan keçmək qadağandır. Bu niwanda mawin olmasada mutleq dayanib sonra kecmelisen. Avtobus ise bu nisanin. Mehz buna gore de avtobus istenilen halda dayanmalidir. Yeni b a-ya yol vermelidir. A «B» avtomobilin sürücüsü

 

Elcin - A B avtomobilin sürücüsü

 

Farid - B

 

İzzet Yıldız - Görüldüğü gibi üç kişi bir araya gelip aynı fikirde olamıyor bile

 

Elnur Qasimov - C varianti. Yeni ki, yol hereketinde bele veziyyet mumkun ola bilmez.

 

Xezer Abushov - B)

 

Elcin Nesirov - B

 

Elçin Bayramlı - A) B avtomobilin sürücüsü

 

Farid Suleymanov - B

 

Lala N-va - B avtomobilinin

 

DG Point GM - B

 

Sualın doğru cavabı isə belədir: Şəkildə baş yolla ikinci dərəcəli yolun kəsişməsindən ibarət sadə yolayrıcı verilib. Bu yolayrıcında kəsişən ikinci dərəcəli yolun bir tərəfndə 2.4 “Yol verin” nişanı, digərində 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı qoyulmuşdur. Belə yerlərdə 2.4 və 2.5 nişanları bir-birinin alternativi kimi çıxış edir, sadəcə olaraq yolayrıcına ikinci dərəcəli yoldan çıxışda baş yolun görünməsini çətinləşdirən maneələr (tikililər, yaşıllıqlar və s.) olduqda 2.5, baş yol normal göründükdə isə 2.4 nişanı qoyulur. Ona görə də bu nişanların yolayrıcında hərəkət növbəliliyinə dair tələbləri tam olaraq eynidir. Deməli, şəklidəki yolayrıcına daxil olmaq istəyən hər iki avtomobil ikinci dərəcəli yolda olmaqla, bir-birinə münasibətdə eyni əhəmiyyətli yollardadırlar. «Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, relssiz nəqliyyat vasitəsinin sğrğcğsğ sola və ya geriyə dünərkən eyni əhəmiyyətli yolda qarög tərəfdən dğzğnə və ya sara hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabə “B” variantı olacaq: A avtomobilin sürücüsü yol yol verməlidir.

Beləliklə, ilk ətraflı və doğru cavbaı Zahir verib: STOP nişanı ilə yol verin nişanı eyni qadağanı göstərir. Sadəcə olaraq yol verin nişanı qoyulan zaman yolda heç kimə maneə yaratmamaq şərti ilə dayanmadan hərəkət etmək olar. Düzgün cavab B variantı, yəni A avtomobilinin sürücüsü yol verməlidir. Qalibi təbrik edir və 20 manatlıq hədiyyəyə sahib olmaq üçün 0553351559 nömrəli telefona zəng etməyi xahiş edirik.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

sabir 10 Noyabr 2014 22:55
a