Avtobuslara kondisioner qadağası qoyulub? - Agentlik cavablandırdı

Yazarlar 22 İyun 2017 12:33 Oxunub 1484
Avtobuslara kondisioner qadağası qoyulub? - Agentlik cavablandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər hava tempuraturu yüksəkdirsə, sürücü sərinləşdiricini işlək vəziyyətə gətirməlidir"

Bu gün səhər saatlarında 65 nömrəli avtobusda sürücü ilə sərnişinlər arasında narazılıq yaranıb. Belə ki, sərnişinlər sürücüdən kondisioneri qoşmağı tələb ediblər. Ancaq sürücü saat 11:00 qədər kondisionerin qoşulmasına icazə verilmədiyini bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə cebhe.info əməkdaşı avtobuslarda bu qadağanın olub-omadığını Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə aydınlaşdırıb. Mais Ağayev Cebhe.info-ya açıqlamasında belə bir məhdudiyyətin qoyulmadığını bildirib: “Bizim tələbimiz ondan ibarətdir ki, avtobuslarda sərinləşdirici sistemlər olmalıdır. Doğrudur, çoxunda bu yoxdur. Hansılarda varsa həmin avtobusların sürücüləri sərinləşdirici qurğuların nə zaman işə salınacağını özü tənzimləməlidir. Hava çox istidirsə, zərurət varsa, yandırmalıdırlar. Yəni, avtobuslarda sərinləşdirici qurğuların qoşulması üçün vaxt müəyyənləşdirilməyib. Deyək ki, saat 10:00-23:00 aralığında yandırılmalıdır deyə bir məhdudiyyət tətbiq edilməyib. İstənilən halda avtobuslarda sərinləşdirici sistemlərin olması sərnişlərin rahatlığı üçündür. Əgər hava tempuraturu yüksəkdirsə, sürücü sərinləşdiricini işlək vəziyyətə gətirməlidir. Bunun üçün hər hansı məhdudiyyətlərin qoyulması düzgün deyil”.

Sonda Mais Ağayev 65 nömrəli maruşutun rəhbərliyinə də bu haqda məlumat veriləcəyini vurğuladı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh