Hindistandan qərar: Qətərə əlavə reyslər təşkil edilsin

Gündəm 22 İyun 2017 13:56 Oxunub 850
Hindistandan qərar: Qətərə əlavə reyslər təşkil edilsin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq

Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır. Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb. Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq. Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları “Jet Airways”, 25 iyun-8 iyul tarixlərində “Air India Express” aviaşirkətləri həyata keçirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh