"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejmində çalışacaq

Gündəm 22 İyun 2017 16:38 Oxunub 843
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejmində çalışacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulacaq

Azərbaycanda bayram günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: "Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək". Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh