NASA 15 yaşlı oğlanın hazırladığı peyki kosmosa göndərəcək - FOTO

Texnologiya 22 İyun 2017 19:16 Oxunub 1494
NASA 15 yaşlı oğlanın hazırladığı peyki kosmosa göndərəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Üzərindəki yeni və sürətli sistem Yerin maqnitosfer qatını ölçəcək"

Dünyanın ən kiçik peyki Hindistanda hazırlandı. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, 15 yaşlı Rifat Şarukun hazırladığı kiçik ölçülü peyk bu gün NASA tərəfindən kosmosa buraxılacaq. 64 qram ağırlığında, karbon lifdən hazırlanan cihaz keçən ay NASA-nın dəstəyi ilə keçirilən "Cubes in Space" yarışmasında nümayiş olunub. Gənc ixtiraçı cihaza Hindistanın dövlət başçılarından birinin, Əbdül Kalemin şərəfinə "KalamSat" adını verib. Rifat Şaruk deyir ki, bu cihazı tamamilə sıfırdan hazırlayıb:

"Üzərindəki yeni və sürətli sistem Yerin maqnitosfer qatını ölçəcək. Əsas çətinlik kosmosa göndəriləcək cihazın çəkisini 64 qram tələbinə uyğunlaşdırmaq idi".

 

Peyk bu gün NASA-nın "Wallops Island" kompleksindən kosmosa buraxılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh