Daşkəsəndə musiqi müəllimi marixuana satarkən tutuldu

Gündəm 23 İyun 2017 01:11 Oxunub 1302
Daşkəsəndə musiqi müəllimi marixuana satarkən tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun üzərində 5 büküm narkotik vasitə aşkar edilib

Daşkəsəndə narkotik maddə satmaq istəyən yerli sakin saxlanılıb. Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, 1967-ci il təvəllüdlü yerli sakin Fikərt Cəlil oğlu Bəhramovun üzərində 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Aparılan istintaq zamanı məlum olub ki, F.Bəhramov üzərindəki marixuananı həmyerlisi, 1971-ci il təvəllüdlü Daşqın Əliyevə satmaq istəyib. Hər iki şəxs rayon polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

F.Bəhramov Daşkəsən rayon Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin qarmon müəllimidir. Onun marixuananı hardan və necə əldə etdiyi, hələlik məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh